Fransalı deputat: ''Milli Assambleyada söz azadlığı pozuldu''

Fransalı deputat: ''Milli Assambleyada söz azadlığı pozuldu''

Hazırda oxunan: Fransalı deputat: ''Milli Assambleyada söz azadlığı pozuldu''

4347

Debatlar zamanı Milli Assambleyada idim. Üç deputat səsə qoyulan qətnamə təklifinin əleyhinə səs verdi. Zalda cəmi 120 deputatdan və digər nümayəndələrdən ibarət 200 nəfər var idi. Deputatların yarısı yox idi. Debatlarda qətnamənin lehinə olan deputatlara söz verildi. Bununla da Assambleyada söz azadlığı pozuldu.

Bizim.Media xəbər verir ki, bunu Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan parlamentlər arası dostluq qrupunun vitse-prezidenti Jerom Lamber Assambleyada “Avropada və Şərqdə erməni xalqının və xristian icmalarının müdafiəsinə dair qətnamə layihəsi” adlı sənədin müzakirəsi ilə bağlı deyib.

Fransız parlamentari bildirib ki, debatlarda yalnız ermənipərəst deputatlara çıxış üçün şərait yaradılıb. Digər deputatlar Assambleyanın toplantısından qəsdən uzaqlaşdırılıb:

"Milli Assambleyanın 577 deputatından yalnız 188-i qətnamənin lehinə səs verib. Onların hamısı erməni mənşəli seçiciləri olanlardır. Əlbəttə, biz Milli Assambleyada bu cür siyasi oyunları qətiyyətlə pisləyirik. Belə riyakarlıq Fransa ilə Azərbaycan arasında münasibətlərə mənfi təsir göstərir. Biz bundan təəssüf hissi keçiririk", - deyə Jerom Lamber qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO