Azərbaycanda məşhur istirahət mərkəzi satışa çıxarıldı 

Azərbaycanda məşhur istirahət mərkəzi satışa çıxarıldı 

Hazırda oxunan: Azərbaycanda məşhur istirahət mərkəzi satışa çıxarıldı 

43412

Xudat rayonunun, Nabran qəsəbəsində "Atlant” istirahət mərkəzi satılır.

Bizim.Media xəbər verir ki, bu barədə Pulsuz Elanlar Saytının birində elan yerləşdirilib.

Elanda deyilir ki, 3 hektar ümumi sahəsi olan istirahət mərkəzinin bütün sənədlər qaydasındadır.

Qeyd etmək lazımdır ki istirahət mərkəzinin daxilində kotteclər və lüks kotteclər, hətta 6 mərtəbəli otel mövcuddur. Kottec və nömrələr sanitar qovşağı, mebel, yataq mebeli, televizor, kondisioner ilə təchiz edilib.
 

Eyni zamanda istirahət mərkəzində 350 nəfərlik restoran milli və Avropa mətbəxindən yeməklər təklif edir. O cümlədən mətbəx, yay restoranı, səhnə, uşaqlar üçün əyləncə yeri, besedkalar inşa edilmişdir və fəaliyyət göstərir.


Elanda qeyd olunub ki, Mərkəzin bu günə qoyulan qiyməti 30 000 000 manatdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO