ABŞ-ın texnologiya şirkətlərindən Microsoft, Google-un ana şirkəti Alphabet və Twitter bu ilin iyul-sentyabr dövründə gəlirlərinin artdığını açıqlayıblar.
Bizim.Media xəbər verir ki, Microsoft şirkətinin gəliri, iyul-sentyabr dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 22% artaraq 45,3 milyard dollara çatıb.
Microsoft 2020-ci ilin iyul-sentyabr dövründə 37,2 milyard dollarlıq gəlir əldə etmişdi. Bu, 2018-ci ildən bəri ən sürətli artım olub.
Şirkətin xalis mənfəəti də eyni dövrdə 48% artaraq 20,5 milyard dollara yüksəlib. Microsoft-un xalis mənfəəti keçən ilin eyni dövründə 13,9 milyard dollar olmuşdu. Microsoft-un səhmbaşına mənfəəti bu dövrdə 1,82 dollardan 2,71 dollara yüksəlib.
Google-ın ana şirkəti Alphabet də 2021-ci ilin üçüncü rübünə dair balansını paylaşıb.
Alphabetin ilin üçüncü rübündə əldə etdiyi gəlir, keçən ilin eyni dövrü ilə müqayisədə 41% artaraq 65,1 milyard dollara çatıb. Şirkət, 2020-ci ilin eyni dövründə 46,2 milyard dollar gəlir açıqlamışdı. Google-ın baş şirkəti, 14 ilin ən yüksək rüblük gəlir artımını qeyd edib.
Alphabet-in xalis mənfəəti üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 68,4% artımla 18,9 milyard dollara yüksəlib. Alphabet, keçən ilin üçüncü rünbündə 11,2 milyard dollar xalis mənfəət əldə etmişdi.
Şirkətin keçən ilin iyul-sentyabr dövründə 16,40 dollar olan səhmbaşına mənfəəti bu ilin eyni dövründə 27,99 dollara yüksəlib. Alphabet, bu dövrdə əldə etdiyi mənfəətlə rekord qırıb.
Dünyada məşhur sosial media şəbəkəsi Twitter də iyul-sentyabr dövrünə aid maliyyə nəticələrini açıqlayıb.
Şirkətin bu ilin üçüncü rübündə əldə etdiyi gəlir keçən ilin eyni dövrü ilə müqayisədə 37% artaraq 1,28 milyard dollara yüksəlib. Şirkət 2020-ci ilin üçüncü rübündə 936,2 milyon dollarlıq gəlir əldə etmişdi.
Şirkət ilin üçüncü rübündə 537 milyon dollar zərər edib. Twitter, 2020-nin üçüncü rübündə təxminən 29 milyon dollar xalis mənfəət açıqlamışdı.
Twitter-in bu ilin üçüncü rübündəki gündəlik ortalama aktiv istifadəçi sayı isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 13% artaraq 211 milyona çatıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:26 / 27.10.2021
Microsoft, Alphabet və Twitter gəlirlərinin artdığını açıqladı
Hazırda oxunan: Microsoft, Alphabet və Twitter gəlirlərinin artdığını açıqladı
Hazırda oxunan: Microsoft, Alphabet və Twitter gəlirlərinin artdığını açıqladı
43411
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.