Bakı və Türkmənbaşı limanlarının nümayəndələri arasında GÖRÜŞ 

Bakı və Türkmənbaşı limanlarının nümayəndələri arasında GÖRÜŞ 

Hazırda oxunan: Bakı və Türkmənbaşı limanlarının nümayəndələri arasında GÖRÜŞ 

0:00
0:00
43290

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı nümayəndələri arasında videoformatda görüş keçirilib.

Bizim.Media xəbər verir ki, Türkmənistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və iştirakı ilə keçirilən görüşdə əsas etibarilə konteyner daşımalarında əlaqələrndirmə və əməkdaşlıq məsələləri, bütövlükdə Türkmənbaşı – Bakı – Poti marşrutu ilə yükdaşımalar, habelə İT tətbiqi məsələləri müzakirə olunub.

Bununla yanaşı, iki ölkənin dəniz limanları arasındakı əməkdaşlığın bundan sonrakı hədəflərinə dair müzakirələr aparılıb.

Pandemiya dövründə yüldaşımalarda sanitariya epidemiologiya, sərhəd, gömrük xidmətləri arasında yaxından əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Hər iki limanın rəhbəri Xəzər regionu ölkələri arasında qarşılıqlı əməkdaşlıq və yardımlaşmanın inkişafına tərəfdar çıxaraq nəqliyyat dəhlizinə yüklərin cəlb olunmasının vacibliyini bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO