Ərdoğan 10 ölkə səfirinin ölkədən çıxarılması qərarını ləğv etdi

Ərdoğan 10 ölkə səfirinin ölkədən çıxarılması qərarını ləğv etdi

Hazırda oxunan: Ərdoğan 10 ölkə səfirinin ölkədən çıxarılması qərarını ləğv etdi

43286

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 10 Qərb dövlətinin səfirlərini ölkədən qovmaq niyyətindən əl çəkib. 

Bizim.Media xəbər verir ki, Türkiyə lideri bunu Ankarada keçirdiyi mətbuat konfransında deyib və səfirlərin “öz bəyanatlarında bundan sonra diqqətli olacaqlarını” vurğulayıb.

Bir gün əvvəl Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ səfirlikləri “Twitter” səhifəsində Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq bəyanat yayaraq Türkiyənin daxili işlərinə qarışmaq fikrində olmadıqlarını deyiblər.

Xatırladaq ki oktyabrın 23-də Türkiyə prezidenti Rəcəb Ərdoğan Xarici İşlər Nazirliyinə dövlət çevrilişinə cəhddə şübhəli bilinən türkiyəli insan haqları müdafiəçisi və xeyriyyəçi Osman Kavalanı azad etməyə çağırdıqdan sonra 10 Qərb dövlətinin səfirlərini ölkədən çıxarmağı əmr edib.

Ərdoğan Ədalət və İnkişaf Partiyasının tərəfdarlarının mitinqində çıxışı zamanı bildirib ki, diplomatların Ankaraya dərs keçməyə haqları yoxdur:

"Bu səfirlərin gəlib bizə nə edəcəyimizi əmr etməyə cürətləri yoxdur! Axı siz kimsiniz?".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO