Azərbaycanda CV yaratmaq pulsuz oldu – YENİ PLATFORMA 

Azərbaycanda CV yaratmaq pulsuz oldu – YENİ PLATFORMA 

Hazırda oxunan: Azərbaycanda CV yaratmaq pulsuz oldu – YENİ PLATFORMA 

0:00
0:00
43248

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən www.cvyarat.az platforması istifadəyə verilib. 

Bizim.Media xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. 

CV hazırlamaqda çətinlik çəkən şəxslər platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarını əlavə edib, qısa müddətdə öz CV-sini PDF formatında əldə edə biləcək. 

Platformadan istifadə bütün hədəf qrupları üçün nəzərdə tutulub. Məqsəd CV hazırlığında əlçatanlığın təmin olunması, daxil edilən məlumatların dolğun və düzgün olmasını təmin etmək və nəticədə işsiz və işaxtaran şəxslərin işəqəbul prosesinə dəstək olmaqdır. 
 

Yaxın zamanda www.cvyarat.az platforması digər elektron sistemlərə də inteqrasiya olunacaq və identifikasiya nömrəsini yazmaqla istifadəçiyə dair şəxsi məlumatlar, eləcə də təhsil, iş təcrübəsi kimi məlumatlar birbaşa doldurulacaq. 


Platformadan istifadə ödənişsizdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO