Bakının mərkəzində qumbara tapıldı - FOTO

Bakının mərkəzində qumbara tapıldı - FOTO

Hazırda oxunan: Bakının mərkəzində qumbara tapıldı - FOTO

43113

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bak şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 56/2 ünvanında qazıntı işləri zamanı partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətindən bildirilib. 

Hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib. 
 

Pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib. 


Qumbara pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. 
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO