Ermənistanın cinayətləri beynəlxalq sərgidə nümayiş etdirildi

Ermənistanın cinayətləri beynəlxalq sərgidə nümayiş etdirildi

Hazırda oxunan: Ermənistanın cinayətləri beynəlxalq sərgidə nümayiş etdirildi

42930

Almaniyanın Frankfurt-Mayn şəhərində “Yenidən əlaqə qur” devizi altında 73-cü beynəlxalq kitab sərgisi keçirilir.

Ombudsman Aparatından Bizim.Media-ya verilən məlumata görə, oktyabrın 24-ə kimi davam edəcək bu sərgidə Azərbaycan stendində ölkəmiz mədəniyyətimizə və tariximizə dair geniş çeşidli nəşrlərlə təmsil olunur.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Vətən müharibəsi dövründə həyata keçirdiyi faktaraşdırıcı missiyalarla bağlı, həmçinin daha sonra Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi insan hüquqları pozuntuları, soydaşlarımıza qarşı nifrət nitqi ilə əlaqədar hazırlanmış hesabatların daxil olduğu və ingilis dilində çap olunmuş 6 adda nəşri həmin beynəlxalq sərgidə nümayiş olunur.

Qeyd edək ki, sərgiyə 80 ölkədən 2 min iştirakçının qatıldığı açıqlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO