Danimarka neft hasilatını DAYANDIRIR

Danimarka neft hasilatını DAYANDIRIR

Hazırda oxunan: Danimarka neft hasilatını DAYANDIRIR

4291

Danimarka 2050-ci ilədək Şimal dənizində neft və qaz hasilatını və araşdırmasını tamamilə dayandıracaq. 

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi xəbər yayıb.

Hazırda bu cür fəaliyyətlərin lisenziyalaşdırma və tenderləri ləğv edilib. Bu qərarı dekabrın 3-ü ölkənin hökuməti və parlamenti verilib.

Neft və qaz hasilatının dayandırılması qərarı, planlaşdırılan səkkizinci lisenziyalaşdırma turunu və bütün gələcək tenderləri ləğv edir.

"Biz qazıntılar erasına son qoyuruq”, - deyə Ekologiya naziri Dan Jorgensen qeyd edib.
Danimarka höküməti  2050-ci ilə qədər "təmiz iqlim” ölkəsinə çevrilmək fikrindədir. Bunun üçün ölkə 11 il müddətinə tullantıları 70% azaltmaq üçün layihə qəbul edib.

Danimarka, Avropa Birliyinə daxil olmayan Norveç və oradan çıxan İngiltərə istisna olmaqla, birliyin ən böyük neft və qaz istehsalçısıdır.

Xatırladaq ki, Fransa da 2040-cı ildən etibarən neft və qaz kəşfiyyatı və karbohidrogen yataqlarının istismarına son qoyacağını elan edib.  İstisna olaraq, o vaxta qədər qazıntı xərclərini ödəməyən şirkətlər, 2040-cı ildən sonra da neft və qaz hasilatına davam edə biləcəklər.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO