Azərbaycan əhalisi yerli kanalları izləmir? - FOTO

Azərbaycan əhalisi yerli kanalları izləmir? - FOTO

Hazırda oxunan: Azərbaycan əhalisi yerli kanalları izləmir? - FOTO

42890

“Ölkə əhalisinin televiziya izləyən hissəsinin yarısı (43,38%) yerli kanallara baxmır”.

Bizim.Media xəbər verir ki, bu iddia ilə məşhur telejurnalist Turan İbrahimov çıxış edib.

O, televiziyaların reytinq cədvəlinin siyahısını öz Facebook səhifəsində yayımlayaraq öz fikrini izləyiciləri ilə bölüşüb.

“Aşağıdakı Azərbaycan üzrə televiziya izlənmə statistikasıdır. Yəni, reytinq cədvəlindən açıq-aşkar görsənir ki, ölkə əhalisinin televiziya izləyən hissəsinin yarısı (43,38%) yerli kanallara baxmır. Yerdə qalan hissəsi isə, yerli , yeddi kanal  arasında bölünür(AzTV siyahıda yoxdur, reytinqi ölçülmür)”.

Daha sonra aparıcı qeyd edib ki, hazırda televiziya kanallarının vəziyyəti qənaətbəxş deyil.

“Gördüyünüz mənzərə onu göstərir ki, yerli televiziya kanalların vəziyyəti çox acınacaqlıdır. Hətta onlara qoyulan sərmayəni belə real olaraq doğrultmur. MTRŞ-nın gələcək illərdə tətbiq edəcəyi, yeni texnologiya ilə əldə ediləcək reytinq nəticələri isə, məncə, vəziyyətin daha da pis olduğunu ortaya qoyacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO