Ölkədə bankomatların və POS-terminalların sayı artdı

Ölkədə bankomatların və POS-terminalların sayı artdı

Hazırda oxunan: Ölkədə bankomatların və POS-terminalların sayı artdı

42869

Bu il oktyabrın 1-nə Azərbaycanda 2 854 bankomat olub.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-nə nisbətən 8,1% çoxdur.

Bankomatların 1 510-u Bakıda, 1 344-ü isə regionlarda yerləşir. Bunlar isə illik müqayisədə müvafiq olaraq 9,2% və 6,9% çoxdur.

Bundan başqa, sentyabrın sonuna Azərbaycanda 61 109 POS-terminal olub. Bu isə 1 il əvvələ nisbətən 7,1% çoxdur.

POS-terminalların 40 566-sı Bakıda, 20 543-ü isə regionlarda yerləşir. Bunlar isə 1 il əvvəllə müqayisədə müvafiq olaraq 8,7% və 4,1% çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO