Qubada tapılan naməlum məzarlığın taleyi necə oldu? – Arxeoloqdan AÇIQLAMA

Qubada tapılan naməlum məzarlığın taleyi necə oldu? – Arxeoloqdan AÇIQLAMA

Hazırda oxunan: Qubada tapılan naməlum məzarlığın taleyi necə oldu? – Arxeoloqdan AÇIQLAMA

42802

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Quba rayonunda aşkar edilən naməlum məzarlıqla bağlı Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna ünvanladığı rəsmi məktub artıq çatıb. 

Bu barədə Bizim.Media-ya açıqlamasında institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Qubada naməlum MƏZARLIQ tapıldı – İnsanlar yandırılaraq quyulara doldurulub – FOTOFAKT - ÖZƏL


Onun sözlərinə görə məsələ artıq müzakirə olunub.

"Qarşıdakı  həftənin ilk günlərində Qubanın İkinci Nügədi kəndində aşkar edilən naməlum məzarlığa yerində baş çəkiləcək".
 

Qəhrəman Ağayev bildirib ki, məhz yerində  baxış keçirəndən sonra naməlum insan sümüklərinin hansı dövrə aid olduğu və ölüm səbəblərilə bağlı fikir yürütmək mümkün olacaq.


Qeyd edək ki, Qubanın Nügədi kəndində aşkar edilən insan sümüklərinin 1918-ci ildə Quba qəzasında ermənilərin öldürdüyü dinc insanlara məxsus olması ehtimal edilir. Ehtimallara arxeoloq baxışı aydınlıq gətirəcək.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO