Ukrayna Ombudsmanının ermənilərə olan SEVGİSİ - TƏFƏRRÜAT

Ukrayna Ombudsmanının ermənilərə olan SEVGİSİ - TƏFƏRRÜAT

Hazırda oxunan: Ukrayna Ombudsmanının ermənilərə olan SEVGİSİ - TƏFƏRRÜAT

42592

"Ermənistan Respublikasının İnsan Hüquqları Müdafiəçisi Arman Tatoyan həmkarları ilə birlikdə İrəvandakı Çiçernakaberd Memorial Kompleksinin 1915-ci il “Erməni soyqırımı” qurbanlarına həsr olunmuş əbədi məşəlinə gül dəstələri qoydular.

Erməni xalqı tarixin dəhşətli səhifələrini - məhv və deportasiyanı keçmiş, yenidən dirçəlmək istəyini itirməmişdir".

Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Ombudsmanı Lyudmila Denisova özünün Facebook səhifəsində yazıb.

“Yüz minlərlə insan doğma yurdunu tərk edərək dünyanın hər yerində sığınacaq axtarmağa məcbur oldu. "Erməni soyqırımı" hələ də erməni qardaş və bacılarımızın qəlbində əks olunan ağrıdır. Bu, bir xalq üçün faciə deyil, bütün bəşəriyyət üçün dərsdir. Çavet Tanem! Mən erməni xalqının ağrısını özüm də çəkirəm ki, faciə bir daha təkrarlanmasın”, - deyə Lyudmila Denisova qeyd edib.

Onun yazdıqlarını Türkiyə və Azərbaycanda hamı gördü və xatırladı. Təbii ki, bundan nəticə çıxarılacaq. Nəticə isə belədir:
 

Ukrayna Ombudsmanı ölkələrimiz arasındakı münasibətlərə xələl gətirən bir addım atıb. Əslində, o, Türkiyənin bu ittihamları rədd etməsinə məhəl qoymadan, erməni "soyqırımı" mifinin təbliğatçısı rolunda çıxış edib.


Üstəlik, rəsmi Ankara dəfələrlə erməni tərəfinə Türkiyədən nümunə götürməyi və bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər bu mövzuda yekun hökm versinlər. Bildiyiniz kimi, İrəvan bundan imtina edib və Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Ombudsmanı bu nüansı bilməli idi.

Denisovanın belə addımından Ukrayna dövləti nə qazanc əldə edəcək? Heç nə. Ermənistan təkcə Krımı ilhaq edən və Donbasda müharibəyə başlayan dövlətin "forpostu" deyil, həm də müharibəni uduzan işğalçı dövlətdir.

Buna uyğun olaraq, Ukrayna Ombudsmanının ölkəmizə səfərini, Bakıda Şəhidlər Xiyabanına, Qənimətlər Parkına və Xocalı Soyqırımı qurbanlarının abidəsinə ziyarətini görmək daha məntiqli olardı.
 

Ya da azad edilmiş ərazilərə - "Qafqaz Xirosiması”na çevrilən Ağdam şəhərinə, eləcə də Şuşaya, Füzuliyə və digər torpaqlarımıza. 44 günlük müharibə zamanı erməni tərəfinin raket zərbələri endirdiyi Gəncəyə də baş çəkərdi.


Bir çox ukraynalı siyasətçilər, jurnalistlər və ictimai xadimlər artıq bunu ediblər. Məsələn, son günlərdə Ali Radanın bir qrup deputatı Ağdam və Gəncədə oldular. Gördüklərindən şoka düşdülər və Ermənistanı bu vəhşiliyə görə qınadılar. 

Xanım Denisova isə ölkəmizlə bağlı yalanların və təxribatların yayıcısı, Ermənistan Ombudsmanı Tatoyanla yan-yana dayandı. Üstəlik, o, “erməni soyqırımı” mifini özününkü hesab etdi. Bu, təbii ki, erməniləri sevindirdi, Ankara və Bakıda isə sürprizlə qarşılandı. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO