Moskvada Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinləri Şahin Müstafayev, Mher Qriqoryan və Aleksey Overçukun iştirakı ilə üçtərəfli İşçi Qrupun növbəti iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına dair üçtərəfli görüşdə bir sıra məsələlər müzakirə edilib.
MÖVZU İLƏ BAĞLI:
Moskvadakı növbəti görüşün gizli müzakirə PREDMETİ nə olacaq? – ŞƏRH
Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri nəzərdən keçirilib və Qarabağla bağlı üçtərəfli bəyanatlar çərçivəsində aparılan işlərin daha da sürətləndirilməsi haqda danışılıb.
Tərəflər görüşün ikinci hissəsinin yaxın vaxtlarda keçirilməsi barədə razılığa gəliblər.
Bizim.Media