Telegramda gözlənilən yenilik

Telegramda gözlənilən yenilik

Hazırda oxunan: Telegramda gözlənilən yenilik

4246

Telegram tərtibatçıları messencerin imkanlarını genişləndirməkdə davam edirlər.

Bizim.Media xəbər verir ki, Telegram-ın yeni beta versiyasına heç gözlənilmədən qrup audiozəngləri əlavə edilib.

Bu isə öz növbəsində Telegram-ı universal servisə çevrir. Qrup audiozəngləri funksiyası Telegram-ın 7.3 versiyasına əlavə edilib. Bu versiya hal hazırda Telegram-ın Android üçün beta versiyası kimi çıxış edir. Məlumata əsasən qrup zənglərini yalnız çatın admini yerinə yetirə bilər. Bunun üçün çat yaradıcısı adminə lazımi hüquqları verməlidir.

Qrup zənglərinin reallaşdırılmasından öncə admin mikrofonun bütün istifadəçilər üçün yoxsa yalnız qrup adminləri üçün aktivləşdirilməsi üzrə seçimə sahib olacaq. Lakin seçimi hətta qrup audizənginin gedişatında da etmək olar. Lazım olduğu halda çat admini qrup videozənginə əlavə istifadəçini daxil edə bilər.

Bununla yanaşı qrup audiozəngi zamanı iştirakçıların siyahısına baxmaq və istənilən zaman audiozəngi tərk etmək olar. Yeni funksiyanın Telegram-ın stabil versiyasına nə zaman əlavə ediləcəyi barəsində bir məlumat yoxdur. Həmçinin messencerdə qrup videozənglərinin də nə zaman istifadəyə veriləcəyi bilinmir. (Milli.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO