Bakıda

Bakıda "Rebuild Karabakh" sərgisi başladı - FOTO

Hazırda oxunan: Bakıda "Rebuild Karabakh" sərgisi başladı - FOTO

42422

Bakı Ekspo Mərkəzində "Rebuild Karabakh" – Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisi işə başlayıb. 

Bizim.Media xəbər verir ki, oktyabrın 22-dək davam edəcək bu sərgi ilə yanaşı eyni tarixlərdə 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi "BakuBuild 2021" və 13-cü Beynəlxalq "İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu" "Aquatherm Baku 2021" sərgisini özündə birləşdirən ənənəvi Xəzər İnşaat Həftəsi də keçirilir.

Üç gün ərzində sərgiyə gələn ziyarətçilər dünyanın 17 ölkəsindən 279 şirkətin məhsulları ilə tanış ola biləcəklər.

Almaniya, Gürcüstan, İsrail, Macarıstan, Belarus, İran, Çexiya, BƏƏ və Türkiyədən 5 milli pavilyon, habelə Rusiya Federasiyasından 8 regional qrup (Bryansk, Lipetsk, Novosibirsk, Rostov, Yaroslavl, Stavropol, Tatarıstan, Çuvaşiya) 1-ci "Rebuild Karabakh" sərgisində iştirak edir. Milli pavilyonlar ölkələrinin ticarət və sənaye palatası dəstəyi ilə təşkil edilir. İştirakçılar arasında bir çox Azərbaycan dövlət strukturları və özəl şirkətlər var. (Apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO