Avropa ölkələri QAPANMAYA gedir – COVİD-19 fəlakətlərini əks etdirən VİDEO

Avropa ölkələri QAPANMAYA gedir – COVİD-19 fəlakətlərini əks etdirən VİDEO

Hazırda oxunan: Avropa ölkələri QAPANMAYA gedir – COVİD-19 fəlakətlərini əks etdirən VİDEO

0:00
0:00
42332

Əhali sayına görə koronavirusa yoluxmalar üzrə ən pis vəziyyət Rumıniyadadır. ÜST-ün bəyanatlarına görə, sutka ərzində 260 COVİD-19 xəstəsi ölüb və 10 min yeni yoluxma qeydə alınıb.

Bizim.Media xəbər verir ki, yoluxma və ölüm hallarının artması vaksinasiyanın aşağı templəri ilə əlaqələndirilir.

Hər iki mərhələdə peyvəndlənənlərin sayı əhalinin təxminən 30 faizidir. 

Avropa İttifaqının bəzi ölkələri vəziyyətlə bağlı sanitar məhdudiyyətləri sərtləşdirir. Oktyabrın 21-dən Latviyada komendant saatı qüvvəyə minir, məktəblər, restoranlar, əyləncə mərkəzləri və əksər mağazalar bağlanır. 

Bu həftə Slovakiyanın 5 bölgəsində restoran, idman zalları bağlanıb. Kütləvi tədbirlərə 100 nəfərə qədər vaksinlənmiş qonaq buraxılır. Qapalı məkan və küçədə maska taxmaq məcburidir.
 

Bununla yanaşı, vaksinasiyanın sürətlənməsi Londonda da aktuallaşıb. Əlavə dozanın tətbiqi və yeniyetmələrin peyvəndlənməsi müzakirə olunur. Çünki bu yaş kateqoriyasına aid insanlarda virusa daha tez-tez rast gəlinir.


Portuqaliya isə qrip peyvəndi ilə koronavirus vaksinasiyasını ümumiləşdirməyi qərara alıb. Kampaniya çərçivəsində vətəndaşlara eyni anda iki peyvənd təklif olunur. Hökumət iddia edir ki, bu metodla ilin sonuna qədər 2 milyon portuqaliyalı vaksinlənə bilər.

Videonu təqdim edirik:

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO