"Donbasdakı silahlı qarşıdurmanın günahkarı Rusiyadır".
Bizim.Media İnterfaks agentliyinə istinadən xəbər verir ki, bu fikri ABŞ müdafiə naziri Lloyd Austin səsləndirib.
Austin Ukraynanın müdafiə naziri Andrey Taran ilə Kiyevdə keçirdiyi birgə brifinqdə belə deyib:
"Açıq deyək ki, bu savaşı Rusiya başlayıb. İndi də sülh yolu ilə həll edilməsinə mane olan bir daşdır. Onlar Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozmağa başladılar".
O, əmin edib ki, ABŞ Rusiya ilə münaqişədə Ukraynaya yenə də dəstək verəcək:
"Ukraynanın ərazi bütövlüyünü və toxunulmazlığını müdafiə etmək üçün əlimizdən gələni edəcəyik".
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:43 / 19.10.2021
Pentaqon rəhbərindən SƏRT AÇIQLAMA: “Donbasdakı savaşın günahkarı Rusiyadır”
Hazırda oxunan: Pentaqon rəhbərindən SƏRT AÇIQLAMA: “Donbasdakı savaşın günahkarı Rusiyadır”
Hazırda oxunan: Pentaqon rəhbərindən SƏRT AÇIQLAMA: “Donbasdakı savaşın günahkarı Rusiyadır”
0:00
0:00
42310
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.