“İranın atom silahına yiyələnməsinə imkan verməyəcəyik” - Co Bayden

“İranın atom silahına yiyələnməsinə imkan verməyəcəyik” - Co Bayden

Hazırda oxunan: “İranın atom silahına yiyələnməsinə imkan verməyəcəyik” - Co Bayden

4220

“Biz İranın atom silahına yiyələnməsinə imkan verməyəcəyik. Daha doğrusu Amerika Birləşmiş Ştatları Orta Şərq regionunda nüvə silahlarının yayılmasına imkan verməyəcək.

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın yeni seçilən prezidenti Co Bayden “Nyu- York Times” qəzetinə verdiyi müsahibəsində bildirib.

O, İranın nüvə proqramı ilə bağlı aparacağı siyasətindən və Tehranla imzalanmış nüvə sazişindən (“Bərcam”dan) danışıb.

Bayden qeyd edib ki, onun hökuməti yalnız İranın nüvə və raket proqramına məhdudiyyətlər qoyan bir razılaşmanı dəstəkləyəcək:

“Hesab edirəm ki, Qərblə İran arasında əldə edilən nüvə sazişinə düzəlişlər edilməlidir. Biz isə İrana qarşı tətbiq edilmiş sanksiyaların ləğvini dəstəkləməyəcəyik. Güman edirəm ki, İran imzalanmış saziş əsasında üzərinə götürdüyü bütün öhdəliklərə əməl etməli, ona sadiq qalmalıdır”.

O, Amerika Birləşmiş Ştatlarının lazım bildiyi təqdirdə İrana qarşı əvvəlki sanksiyaları yenidən bərpa edəcəyini də vurğulayıb:

“Əgər İran nüvə silahına yiyələnsə, regionda Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və başqalar təzyiqə məruz qalacaq və belə olduqda onlar da öz nüvə silahlarını əldə etməyə çalışacaqlar.  

Biz, İrana qarşı tətbiq edilən nüvə məhdudiyyətlərinin vaxtının uzadılması, İranın raket proqramına baxılması məqsədilə müttəfiqlərimiz və tərəfdaşlarımızla danışıqlar və fikir mübadiləsi aparacağıq. Amerika Birləşmiş Ştatlarının İran qarşısında bir seçimi də var. Belə ki, Amerika lazım bildiyi təqdirdə İrana qarşı əvvəlki sanksiyaları yenidən bərpa edəcək. İran isə bunu yaxşı bilir” –deyə, Co Bayden bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO