İstanbul komendant saatı ilə sükuta qərq oldu

İstanbul komendant saatı ilə sükuta qərq oldu

Hazırda oxunan: İstanbul komendant saatı ilə sükuta qərq oldu

4215

İstanbulda pandemiya tədbirləri çərçivəsində saat 21:00-da başlayan komendant saatı şəhəri səssizliyə qərq edib.

Bizim.Media “TRT”-ə istinadən bildirir ki, komendant saatına az qalmış axşamlar, Mecidiyeköy və Beşiktaş kimi mərkəzi küçələrdə nəqliyyat və piyada vasitələrində artıq əvvəlki izdiham müşahidə edilmir.

Məhdudlaşdırma daxilində iş yerləri saat 20.00-da bağlanır. Taksim Meydanı və İstiklal Caddesi ətrafında polislər komendant saatının yaxınlaşdığı barədə vətəndaşlara xəbərdarlıq elanları verirlər. Beləliklə saat 21:00-da məhdudiyyətin başlaması ilə meydanlar səssizliyə qapılıb.

Əlavə olaraq bildirilir ki, komendant rejimi tətbiq olunan ərazilərdə vətəndaşların qaydalara ciddi riayət etdiyi müşahidə olunur.

Sükuta qərq olan İstanbul küçələrinin son halını sizə təqdim edirik.

Yusibli Səkinə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO