Selçuk və Haluk Bayraktarın atası, “Baykar” şirkətinin qurucusu və sədri Özdemir Bayraktar dünyasını dəyişib.
Bizim.Media “haber7.com” saytına istinadən xəbər verir ki, bu haqda “Baykar” şirkəti özünün Tvitter səhifəsində paylaşım edib:
“Milli Texnologiyamızın və Milli PUA-larımızın əsas siması, İdarə Heyətimizin sədri və yol bələdçimiz Özdemir Bayraktar haqqın dərgahına qovuşdu”.
Xatırladaq ki, Selçuk Bayraktar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı ilə evlidir.
Bizim.Media
Milli Teknoloji Hamlesi idealinin ve Milli SİHA'larımızın öncü ismi, Yönetim Kurulu Başkanımız ve yol göstericimiz Özdemir Bayraktar, Hakk’a yürüdü...
— BAYKAR (@Baykar_Savunma) October 18, 2021
Allah rahmet eylesin.
Dualarınızı bekliyoruz.//t.co/Z9fQVHo72i pic.twitter.com/RM9KGtP9OK