“Türkiyə və Azərbaycanın tarixdən bu günə kimi davam edən qardaşlığı səhnəyə daşınır. İki ölkəni təmsil edən xeyli sayda sənətçi bunu dünyaya nümayiş etdirmək üçün bir araya gəlib”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Türkiyənin “haber global” informasiya agentliyinin oktyabrın 22-də Ankarada keçiriləcək “Qardaşlıq dastanı” adlı rəqs konserti ilə bağlı hazırladığı reportajda qeyd olunub.
Belə ki, tədbirdə Azərbaycan və Türkiyə arasındakı yaxın tarixi münasibətlər hər iki ölkəni təmsil edən rəqqasların ifasında nümayiş etdiriləcək.
100-ə yaxın rəqqasın iştirak edəcəyi konsertlə bağlı hazırlıqlar isə son mərhələdədir. Konsertdə “Dədə Qorqud”, “Aşıq Veysəl”, “Tomris xatun”, “Xarı Bülbül”, “Nuh tufanı” kimi, ümumilikdə 12 kompozisiyanın yer alacağı bildirilib. Bundan əlavə tədbirin 90 dəqiqə davam edəcəyi qeyd olunub.
Layihənin hazırlıq prosesi ilə videodan geniş formatda tanış ola bilərsiniz:
Bizim.Media
- A-
- A
- A+
Multimedia
13:29 / 18.10.2021
Azərbaycan-Türkiyə “Qardaşlıq dastanı” konsertinin son hazırlıqları – VİDEO
Hazırda oxunan: Azərbaycan-Türkiyə “Qardaşlıq dastanı” konsertinin son hazırlıqları – VİDEO
Hazırda oxunan: Azərbaycan-Türkiyə “Qardaşlıq dastanı” konsertinin son hazırlıqları – VİDEO
42107
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.