Vilyam Hacıyevin vəziyyəti ağırlaşdı

Vilyam Hacıyevin vəziyyəti ağırlaşdı

Hazırda oxunan: Vilyam Hacıyevin vəziyyəti ağırlaşdı

42058

Bir müddət əvvəl koronavirusa yoluxan İmişlinin sabiq icra başçısı Vilyam Haciyevin vəziyyəti ağırlaşıb.  

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Ağciyərinin çox hissəsi zədələnən sabiq İH başçısı reanimasiyaya yerləşdirilib. Koronavirusa yoluxan Vilyam Hacıyev 20 gündür xəstəxanada müalicə olunur.

Qeyd edək ki, Vilyam Hacıyev barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO