Fransız jandarmları oğurlanmış avtomobillərlə və siqaret qaçaqmalçılığı ilə məşğul olan beynəlxalq cinayət sindikatını aşkar ediblər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Fransa Milli Jandarma Qrupu yayıb.
Mənbə bildirir ki, cinayətkarlar şəbəkəsində postsovet məkanındakı "rusdilli" qruplar olub.
"Jandarmlar, Amiens şəhərinin axtarış-xilasetmə bölməsi və Cinayətlə Mübarizə Mərkəzi İdarəsi (OCLDI) transmilli cinayətkar quruluşun fəaliyyətini dayandırıb", - jandarmeriyanın İnterfaks-a istinadən verdiyi açıqlamada deyilir.
Əməliyyat nəticəsində hüquq -mühafizə orqanları sindikatla məşğul olan qırxa yaxın şəxsi saxlayıb.
Həbs olunanların əksəriyyəti Ermənistan və Gürcüstandan olanlardır. Onlar "transmilli rusdilli mafiya" ilə əməkdaşlıq ediblər. Jandarmlar 61 yerdə axtarış aparıb.
Bizim.Media