Azərbaycanda işığın qiymətinin artmasının əhaliyə təsiri necə olacaq? - İZAH 

Azərbaycanda işığın qiymətinin artmasının əhaliyə təsiri necə olacaq? - İZAH 

Hazırda oxunan: Azərbaycanda işığın qiymətinin artmasının əhaliyə təsiri necə olacaq? - İZAH 

41867

Xəbər verdiyimiz kimi, Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında qurumun "Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” qərarına dəyişiklik olunub. 

Bizim.Media xəbər verir ki, dəyişikliyə əsasən elektrik enerjisinin 1 kVt/saat-nın aşağı qiyməti 1 qəpik, yuxarı isə 2 qəpik bahalaşıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Tarif Şurasından qazla bağlı YENİ QƏRAR – Qiymət artırıldı 


Yeni qiymətlərin əhaliyə hansı təsiri olacaq? 

Hazırda əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edir. Yeni diferensiasiya sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini qoruyub saxlamış olur. 

Yeni tariflərin 4 nəfərdən ibarət bir ailənin elektrik enerjisi ödəmələri üzrə aylıq istehlak səbətinə təsiri 2,05 manat həddində proqnozlaşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO