BNA \

BNA \"Ukrayna\" dairəsində yol hərəkətini yenidən quracaq - VİDEO

Hazırda oxunan: BNA \"Ukrayna\" dairəsində yol hərəkətini yenidən quracaq - VİDEO

0:00
0:00
41735

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən "Ukrayna" dairəsində yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə layihə hazırlanıb. 

BNA-dan Bizim.Media-ya verilən məlumata görə, ilk dəfə tətbiq ediləcək Turbo tipli dairəvi hərəkət sxeminə uyğun olaraq, zolaqlar üzrə konflikt nöqtələrinin sayı 170-dən 23-ə enəcək. 

Çoxsaylı vətəndaş müraciətləri və mövcud problemləri nəzərə alınaraq hazırlanan layihə çərçivəsində mövcud dairənin yerində yeni turbo tipli dairənin inşa edilməsi planlaşdırılır ki, bu nizamlanmayan mürəkkəb yol kəsişmələri üçün yeni bir yanaşma, eyni zamanda müasir həll yolu hesab edilir. 

Layihənin icrasından sonra mübahisəli nöqtələr minimuma endiriləcəyindən təhlükəsizlik təmin olunacaq.

Dairənin hərəkəti buraxma qabiliyyəti artırılacağından piyadaların təhlükəsizliyi və rahatlığı təmin ediləcək. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO