Məlahət İbrahimqızından Razi Nurullayevə ETİRAZ – “Onları tənqid etmək olmaz” 

Məlahət İbrahimqızından Razi Nurullayevə ETİRAZ – “Onları tənqid etmək olmaz” 

Hazırda oxunan: Məlahət İbrahimqızından Razi Nurullayevə ETİRAZ – “Onları tənqid etmək olmaz” 

41705

“Ötən iclasda Razi Nurullayevin bütün səhiyyə sistemi və səhiyyə işçiləri adına dedikləri ədalətsiz idi. Çünki səhiyyə işçilərini ümumilikdə tənqid etmək olmaz. Müharibə və pandemiya dövründə sona qədər mübarizə aparan həkimlərimiz vardı”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Məlahət İbrahimqızı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Ən güclü erməni lobbisini İranda axtarmaq lazımdır” - Məlahət İbrahimqızı


Millət vəkili deyib ki, səhiyyə işçiləri respublikada ən aşağı əməkhaqqı alan peşə sahibləridir. Onun sözlərinə görə, həm I həm də II Qarabağ müharibəsində iştirak edən veteranlara müavinətlər verilməlidir. 

“Bir neçə gündən sonra biz Zəfərimizin bir illiyini qeyd edəcəyik. Veteran deyəndə sadəcə şəhid və qazi başa düşülməməlidir. Bu gün 44 günlük müharibədə iştirak edənlər Birinci Qarabağ müharibəsində iştirak edənlərdən fərqli olaraq müavinət almır. Büdcə müzakirəsi zamanı bu məsələ qaldırılmalıdır. İkinci Qarabağ Müharibəsində iştirak edənlərə müavinət verilsin”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO