Makron futbol oynadı, qol vurdu - VİDEO 

Makron futbol oynadı, qol vurdu - VİDEO 

Hazırda oxunan: Makron futbol oynadı, qol vurdu - VİDEO 

41688

Fransa prezidenti Emmanuel Makron xeyriyyə məqsədilə təşkil olunan futbol matçında iştirak edib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı yarımmüdafiəçi kimi çıxış etdiyi oyunda penaltidən qol da vurub. 

Makronun komandası Poissy Xəstəxanasının heyəti ilə qarşılaşıb və 6:1  hesablı qələbə qazanıb.
 

Fransa prezidentinin komandasında Arsen Venger, Rudi Qarsiya, Kristian Karambö, Sonni Anderson, Rober Pires, Sidney Qovu, Matyö Bodmer və Alen Jiress kimi keçmiş futbolçular yer alıb. 


Matçdan əldə olunan vəsait Paris Xəstəxanalar Vəqfinə yönəldiləcək. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO