Ukraynanın tanınmış media qurumlarından biri olan “Kyiv Post” nəşri Azərbaycana qarşı təxribata əl atıb. Ardıcıl olaraq bir neçə yazı dərc edən nəşr yalan informasiya yayıb. Bununla yanaşı, yazıda iftira xarakterli elementlər də var. Mətbu orqan hətta Ukrayndakı Azərbaycanlı Gənclərin Birliyinin sədrindən müsahibə götürərək səsləndirilən fikirləri öz istədiyi istiqamətdə təhrif edib.
“Manipulyasiyalı jurnalistika, yoxsa bunu necə adlandıraq?”
Bizim.Media xəbər verir ki, qeyd olunan sualı Ukrayna Azərbaycanlı Gəncləri Birliyinin sədri İlhamə Allahverdiyeva özünün “Facebook” profilində təxribatçı məqalə barədə fikirlərinin əvvəlində qeyd edib.
Bir neçə gün öncə “Kyiv Post”a müsahibə verdiyini qeyd edən İlhamə Allahverdiyeva azərbaycanlıların Ukrayndakı həyatından bəhs edib.
Məqalədə onun ailəsinin Ukraynaya gəlişi də yer alıb. Suallar içində Azərbaycan cəmiyyətinin necə yaşaması, diaspor, xanımların bu sahədəki fəaliyyətinin çətin-asan olması, Azərbaycanda qadın hüquqlarının qorunma səviyyəsi, İlhamə Allahverdiyevanın Azərbaycana səfər edəndə mədəniyyət şoku keçirib-keçirmədiyi, Ukraynanın Azərbaycanlı Gəncləri Birliyinin işi (САМУ), Ukrayna və Kiyevə münasibətinin nədən ibarət olması haqdadır.
Birlik sədrinin sözlərinə görə, ona Azərbaycandakı siyasi həyat barədə bir dəfə də olsun sual ünvanlanmayıb:
“Amma bu gün mənə “Kyiv Post”un üz qabığının fotosunu göndərdilər və gördüm ki, başlıq tamamilə manipulyasiyalıdır:
Bundan başqa, məndən sitat gətirilib ki, Mən Kiyevi özüm üçün ən əla şəhər hesab edirəm. Doğma şəhərim olduğu üçün Kiyev haqqında bu fikirdə ola bilərəm, amma onların qoyduqları başlığa görə yox. Azərbaycanın siyasi həyatı barədə birbaşa suallar verilsəydi, böyük məmnuniyyətlə cavab verərdim.
Bu halda mənim cavablarım “Kyiv Post” başlığının ahəngini pozardı”.
İlhamə Allahverdiyeva mətbu orqana xitabla bildirib ki, “azərbaycanlıların Ukraynaya necə köçdüklərini soruşsaydınız, deyərdim ki, bu 3 axından ən əsas 2-si SSRİ dövründə və Ermənistanın Qarabağı işğal etdiyi vaxtlara təsadüf edir”.
Gənclər təşkilatının rəhbəri Azərbaycanın siyasi rəhbərliyi barədə özünün reallıqda nə düşündüyünü də yazıb.
“Görünür, redaktorlar qəhrəmanlarının tərcümeyi-halı ilə tanış olmayıblar” deyən İlhamə Allahverdiyeva Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana lider kimi gəlməsindən və bundan sonrakı stabillik, iqtisadi inkişaf tempindən bəhs edib.
Yəni, bu uğurlu siyasət Prezident İlham Əliyevin də dövründə davamlı olub:
“Bu dəyərləndirməyə mübaliğə və pafoslu yanaşanlar da 2020-ci ilin payızında Azərbaycan iqtisadiyyatının necə güclü olduğunu gördülər.
Həqiqətən də, ölkə iqtisadiyyatı o qədər güclüdür ki, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan bütün sahələri inkişafı ilə yanaşı, ordu quruculuğuna da diqqət ayırdı, 30 illik erməni işğalına son qoydu. Hazırda isə Qarabağda aktiv bərpa işləri reallaşdırılır”, bildirərək İlhamə Allahverdiyeva “Kyiv Post”u rəqəmlər və informasiyanı saxtalaşdırmaqda ittiham edib.
Bizim.Media