İnsanın ölüm vaxtını təyin edən kalkulyator HAZIRLANDI 

İnsanın ölüm vaxtını təyin edən kalkulyator HAZIRLANDI 

Hazırda oxunan: İnsanın ölüm vaxtını təyin edən kalkulyator HAZIRLANDI 

41613

Mütəxəssislər tərəfindən ölüm kalkulyatoru hazırlanıb. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, tezliklə istifadəyə veriləcək tətbiqlə ölüm vaxtı və sağlam həyat müddəti haqqında məlumat əldə etmək mümkün olacaq.

Bir sözlə bu kalkulyator insanın nə vaxt öləcəyini və həyatının nə qədər sağlam olacağını proqnozlaşdırır.

Bir çox alqoritmə əsaslanan kalkulyator sağlamlıq sığortaçıları üçün tətbiqlənib. İnsanların həyat tərzlərinə və sağlamlıq tarixlərinə baxaraq bu yöndə tövsiyələr vermək infrastrukturuna da malikdir.

Risk qiymətləndirmə vasitəsi fərdlərə nə qədər yaşayacaqları da daxil olmaqla bir sıra proqnozlar verəcək. Bu cihaz yaşlı insanların nə qədər sağlam qala biləcəyini və ən çox ehtimal olunan üç xəstəliyi də qiymətləndirir.

Ölüm kalkulyatoru pəhrizlə birlikdə əlavə 10 il sağlamlıq gətirə biləcək və ömrü 8 ilə qədər artıra biləcək təlimatlar da verir. Kalkulyator  kiçik dəyişikliklərin belə ömrü dəyişə biləcəyini iddia edir.

Buna görə gündəlik 20 dəqiqəlik intensiv idman proqramı sağlam həyat müddətini artırmaq üçün kifayət edə bilər.

Tətbiq sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Buna inananlar da, tənqid edənlər də var. Kalkulyator barədə ayrıntılar gələn həftədən etibarən ictimaiyyətə açıqlanacaq.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO