Ərdoğan bu tarixdə Afrikaya gedəcək - SƏBƏB

Ərdoğan bu tarixdə Afrikaya gedəcək - SƏBƏB

Hazırda oxunan: Ərdoğan bu tarixdə Afrikaya gedəcək - SƏBƏB

41451

Oktyabrın 17-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük Afrika turu başlayacaq və bu müddətdə Anqola, Nigeriya və Toqoya rəsmi səfərlər edəcək.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Habertürk nəşri yayıb.

Mənbə yazır ki, səfərin məqsədi Türkiyə-Afrika ticarət əlaqələrini gücləndirməklə yanaşı, terror təşkilatlarına qarşı mübarizə aparmaqdır.
 

MÖVZU İLƏ BAĞLI:

Nazirlər Kabinetində dəyişiklik edildi – Ərdoğan açıqladı


Qeyd edək ki, 2020-ci ildə Türkiyə ilə Anqola arasında ticarət dövriyyəsi 176 milyon, Nigeriya ilə isə 754 milyon ABŞ dolları təşkil edib. 

Nəşr mənbələrə istinadən Türkiyənin Anqola ilə ticarətin 500 milyon dollara, Nigeriya ilə 1 milyard dollara çatdırmağı planlaşdırdığını bildirir.

Ərdoğan Toqo ilə iqtisadi əlaqələri də genişləndirməyi planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO