Simeone Messini Suares vasitəsilə

Simeone Messini Suares vasitəsilə "Atletiko"ya cəlb etmək istəyib?

Hazırda oxunan: Simeone Messini Suares vasitəsilə "Atletiko"ya cəlb etmək istəyib?

41389

Argentinalı hücumçu Lionel Messi Kataloniya “Barselona”sından ayrıldıqdan sonra karyerasını "Atletiko Madrid"də davam etdirə bilərmiş.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “gazeta.ru” saytı yayıb.

Mənbə yazır ki, 2020/21-ci il mövsümündə İspaniya çempionatında qızıl medal qazanan Madrid klubunun çalışdırıcısı Dieqo Simeone uruqvaylı hücumçu Luis Suaresdən Messi ilə əlaqə saxlamasını istəyib:
 

MÖVZU İLƏ BAĞLI:

“Ronaldo və Messinin gedişindən sonra La Liqada hər şeyi uduzduq” - Simeone


"Mən Leoya yox, Luis Suarezə zəng edərək Messinin “Atletiko”ya keçə bilmə ehtimalını soruşdum. Danışıqlar üç saat davam etdi, həmin vaxt isə PSJ Lionelin imza atması prosesinə başlamışdı”.

Qeyd edək ki, Messi və Suarez dostdurlar, 2014-cü ildən uruqvaylı futbolçunun Katalonlara qatıldığı vaxtdan bəri “Barselona”da birlikdə oynayırlar.

2020-ci ilin yayında baş məşqçi Ronald Kuman vəzifəyə keçdikdən sonra deyib ki, Suaresin xidmətlərinə maraq göstərmir. Bu səbəbdən Luis “Barselona”nı tərk edərək “Atletiko”ya tarnsfer olunub.

Messi 2020-ci ilin yayında Çempionlar Liqasının 1/4 finalında "Bayern"ə 2: 8 hesabı ilə uduzduqdan sonra komandadan ayrılmaq istədiyini açıqlayıb, amma nəticədə fikrini dəyişib.

Ancaq 2021-ci ilin yayında komanda onunla yeni müqavilə imzalamadığı üçün “Barselona”nı tərk edib. İndi Messi PSJ-də oynayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO