Bu gün düşmənin amansız qəlpəsi ilə ürəyindən vurularaq, şəhidlik zirvəsinə ucalan Ruslan Quliyev Şəxsəddin oğlunun anım günüdür.
Qəhrəman şəhidimizin şəhadətə yüksəldiyi gündən düz bir il ötür. Ailəsi və yaxınları onun xatirəsini uyuduğu Tovuz rayonunun Dondar Quşçu kənd qəbirsanlığında məzarının başında anıblar. Ruhuna dualar oxunub, məzarı önünə tər çiçəklər, əkililər qoyulub.
Ruslan hər zaman I Qarabağ müharibəsi zamanı şəhid olan əmisi Şəkərin qisasını alacağını günü gözlədiyini tez-tez dilə gətirib. Bir gün bu şəhadət onun alın yazısına, qismətinə yazılır. 44 günlük Azadlıq savaşımızda böyük qəhrəmanlıq göstərən Ruslan cəbhədə onunla çiyin-çiyinə vuruşan qardaşı Aslan Quliyevin gözləri önündə şəhid olur.
O gün əmisinin qisasını almaq və torpaqlarımızı işğaldan azad etmək üçün hərb sənətinə yiyələnən şəhidimiz hər iki arzusuna çatır, özü də ən yüksək, ən müqəddəs zirvəni fəth edir.
Şəhid Ruslan Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Onun sonuncu medalı isə anım günündə oğluna təqdim edilib.
Cəsur şəhidin xatirəsi onun adına inşa edilən bulaq komleksində də əbədiləşdirilib.
Cümşüd Məmmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:33 / 12.10.2021
Qardaşının gözləri önüdə şəhid olan qəhrəmanımız - Anım günü FOTOLARDA
Hazırda oxunan: Qardaşının gözləri önüdə şəhid olan qəhrəmanımız - Anım günü FOTOLARDA
Hazırda oxunan: Qardaşının gözləri önüdə şəhid olan qəhrəmanımız - Anım günü FOTOLARDA
41313
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.