Yeni agentlik BNA-nı əvəzləyəcək? - Ekspertlərlə müzakirə

Yeni agentlik BNA-nı əvəzləyəcək? - Ekspertlərlə müzakirə

Hazırda oxunan: Yeni agentlik BNA-nı əvəzləyəcək? - Ekspertlərlə müzakirə

41298

Ötən gün Prezidentin fərmanı ilə Azərbaycanda yeni bir qurum Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yaradılıb. AYNA-nın yaradılması isə bəzi söz-söhbətlərin yayılmasına səbəb olub. Bu fərman nəqliyyat işlərinə təhkim olunmuş bu qurumun Bakı Nəqliyyat Agentliyinin işini yerinə yetirəcəyini və bununla da BNA-nın fəaliyyətinə ehtiyac qalmayacağı bir təsəvürü yaradıb. 

Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, bu tamamilə yanlış fikirdir, heç bir qurum digərinin funksiyasını həyata keçirməyəcək. O, bu barədə Bizim.Media-ya açıqlaması zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

BNA Bakı kəndlərinin şikayətinə nə vaxt baxacaq? – ALTERNATİVSİZ MARŞURUTLAR


Ekspert həmçinin qeyd edib ki, yayılan xəbərlər heç bir həqiqi mənbəyə söykənmir.

“Bu iki qurum heç cür bir-birini əvəz etmir, çünki BNA Bakı şəhərində, AYNA isə Bakı istisna olmaqla bütün ərazilərdə fəaliyyət göstərəcək. Bakı Nəqliyyat Agentliyi sırf Bakı şəhərində olan ictimai nəqliyyatın hərəkətini, taksi fəaliyyətinin təşkil edən bir strukturdur. AYNA isə Dövlət Nəqliyyat Xidmətinin bazasında formalaşan bir qurumdur. AYNA həmçinin Gəncə və Sumqayıt şəhərlərinə də nəzarət edəcək”. 

E.Muradlı  xatırladıb ki, Bakı Nəqliyyat Agentliyi yarananda onunla birlikdə Rayon İcra hakimiyyətlərin tərkibində Sumqayıt və Gəncə Nəqliyyat xidmətləri də yaradılıb.

Lakin İcra Hakimiyyətləri nəinki bu etimadı doğrulda bilməyiblər, hətta onu bərbad vəziyyətə də qoymağı bacarıblar. 

“Artıq Bakı şəhəri istisna olmaqla bütün yük və sərnişin daşımalar, taksi fəaliyyətləri bütün regionlar üzrə AYNA-dan vahid bir mərkəzdən idarə olunacaqlar. Bundan başqa müxtəlif rəqəmsal texnologiyalardan istifadə olunmaqla həm sərnişinlərin, həm də sürücülərin mütəmadi üzləşdiyi çətinliklər aradan qaldırılacaq. Yeni qurum həmçinin fərqlənmə nişanlarının, lisenziyaların alınması, biletlərin onlayn qaydada sifarişi kimi funksiyalar da həyata keçirəcək”.

İqtisadçı ekspert Rəşad Həsənov isə düşünür ki, “Yeni agentliyin yaradılmasına həqiqətən də böyük ehtiyac vardı, çünki bu sahədə çox dağınıq idarəetmə mövcuddur. Əsasən nəqliyyat vasitələrinin idarəsi heç bir protokolsuz həyata keçirilir. AYNA xüsusilə informasiya təminatının gücləndirilməsi, intelektual rəqəmsal texnologiyaların tətbiq edilməsi, intelektual idarəetmənin effektivliyinin artırılması baxımından və ümumiyyətlə ayrı-ayrı dağınıq qurumların fəaliyyətini koordinasiyası baxımından müsbət təsirlər göstərə bilər”.

Sonda ekspert onu da qedy edib ki, hələ ki, bu qurumların fəaliyyəti haqqında proqnoz vermək çox tezdir. Onun sözlərinə görə, bu qiymətləndirmə ancaq  gələcəkdə onların fəaliyyəti nəticəsində çıxarılmış faktlar əsasında mümkün ola bilər.

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO