Türklər 2-ci Qarabağ müharibəsində Hadrutu almaq üçün ən güclü silahdan - erməni xainindən (Paşinyanı nəzərdə tutur) istifadə edib.
Bizim.Media “ru.yerevan.today” saytına istinadən xəbər verir ki, bunu jurnalistlərə verdiyi müsahibədə Hadrutdan ötən il Ermənistana gələn sakinlərdən biri deyib.
"Xəyanət nəticəsində Hadrutdan ayrılmaq məcburiyyətində qaldıq. Tuğ kəndinin məğlubedilməz olacağı ümid edilirdi, çünki Türklər kəndə 27 dəfə hücum etmişdi və heç vaxt onu ala bilməmişdi. Ancaq bu gün nə kənd, nə də Hadrut var”, deyə o, qeyd edib.
Vurğulayıb ki, hakimiyyət heç vaxt Şuşa və Hadrutun işğaldan azad edildiyini elan etməyib, sanki belə şey olmayıb.
Qeyd edək ki, Hadrut sakinləri bu gün İrəvanda hökumət binası yaxınlığında növbəti etiraz aksiyası keçiriblər. Etirazçılar maddi yardımdan məhrum olduqlarını və ev kirayələyə bilmədiklərini qeyd ediblər.
Bizim.Media
- A-
- A
- A+
Region
16:03 / 12.10.2021
Hadrutun sabiq sakini: Türklər ən güclü silahdan istifadə etdi
Hazırda oxunan: Hadrutun sabiq sakini: Türklər ən güclü silahdan istifadə etdi
Hazırda oxunan: Hadrutun sabiq sakini: Türklər ən güclü silahdan istifadə etdi
0:00
0:00
41287
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.