Serbiya Prezidenti Ceyhun Bayramovdan nəyi xahiş etdi? - TƏFƏRRÜAT - FOTO

Serbiya Prezidenti Ceyhun Bayramovdan nəyi xahiş etdi? - TƏFƏRRÜAT - FOTO

Hazırda oxunan: Serbiya Prezidenti Ceyhun Bayramovdan nəyi xahiş etdi? - TƏFƏRRÜAT - FOTO

41274

Oktyabrın 12-də xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç tərəfindən qəbul edilib. 

Bizim.Media xəbər verir ki, görüş zamanı Azərbaycan və Serbiya arasında yüksək xətlə inkişaf edən əməkdaşlıq məmnunluqla vurğulandı, və stateji münasibətlər ətrafında fikir mübadiləsi aparıldı. 

Görüşdə iki ölkə arasında arasında imzalanmış sənədlərin əhəmiyyətinə toxunuldu və bu sazişlərin ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyi qeyd olundu. 

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevi Serbiyaya rəsmi səfər etməklə bağlı dəvətini çatdırmağı xahiş etdi. 

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıldı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO