Kolumbiya televiziyası ermənilərin müharibə cinayətindən reportaj hazırladı – FOTO

Kolumbiya televiziyası ermənilərin müharibə cinayətindən reportaj hazırladı – FOTO

Hazırda oxunan: Kolumbiya televiziyası ermənilərin müharibə cinayətindən reportaj hazırladı – FOTO

0:00
0:00
41192

Kolumbiyanın nüfuzlu televiziya proqramı “Testigo Directo”da ölkəmizdə səfərdə olmuş tanınmış jurnalist Roberto Trobaxonun azad olunmuş ərazilərimizdə Ermənistan tərəfindən aparılmış kütləvi minalama və Azərbaycanın həyata keçirdiyi minatəmizləmə işləri barədə hazırladığı “Azərbaycan Odisseyası – Minalar sülhü məhv edir” adlı reportaj efirə gedib.

Bizim.Media xəbər verir ki, verilişdə Ermənistanın BMT TŞ-nin qətnamələrinə məhəl qoymadan 30 ilə yaxın işğalda saxladığı Azərbaycan ərazilərində kütləvi minalama apardığı, bu səbəbdən hərbi əməliyyatların bitməsindən keçən 11 ay müddətində 150-ə yaxın hərbi və mülki azərbaycanlının həlak olduğu və yaralandığı bildirilir.

Müəllif Kolumbiya və Azərbaycanın üzləşdiyi, ərazilərinin kütləvi minalanması problemləri arasında paralellər aparır, bu xüsusda Kolumbiyada gerilla birlikləri tərəfindən ölkə üzrə geniş ərazilərdə eyni qaydada kütləvi minalama aparıldığını qeyd edir.

Bununla yanaşı, Kolumbiyada həmin qeyri-qanuni qruplaşmaların minaların yerləşmə xəritəsini hökumətə təqdim etməkdən boyun qaçırdığı kimi, Ermənistan rəhbərliyinin də Azərbaycan ərazisində kütləvi şəkildə minaladığı sahələrin xəritəsini verməkdən imtina etdiyi və bu durumun həm Kolumbiya, həm də Azərbaycanda mülki insanlar arasında çoxsaylı tələfata səbəb olduğu deyilir.

Azərbaycan ərazilərinin kütləvi minalanması faktının Ermənistan Baş naziri N.Paşinyan tərəfindən xeyli müddət təkzib edildiyi, yekunda yüksək rütbəli erməni hərbçilər tərəfindən sözügedən müharibə cinayətinin etiraf edildiyi qeyd olunur.

Reportajda Xarici İşlər nazirinin müavini Elnur Məmmədov, XİN-in Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva və ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbovun işğaldan azad olunmuş ərazilərimizdə Ermənistanın apardığı kütləvi minalamanın bölgədə yaşayış infrastrukturunun bərpası və azərbaycanlı keçmiş məcburi köçkünlərin evlərinə qayıdışına ciddi maneə törətdiyi və beynəlxalq ictimaiyyətin minaların yerləşmə xəritəsini təqdim etməsi üçün Ermənistana təzyiq etməli olduğu haqda açıqlamaları təqdim olunur.

Sonda Azərbaycan hökumətinin mövcud maneələrə rəğmən soydaşlarının qısa vaxtda öz evlərinə qayıtmaları üçün ərazilərin minalardan təmizlənməsi üzrə xeyli irəliləyişlər əldə etdiyi və bölgədə yaşayış infrastrukturunun bərpası üzrə geniş miqyaslı layihələr həyata keçirməkdə olduğu qeyd edilir.

Adıçəkilən proqram Kolumbiyanın bütün ölkə ərazisində, habelə Latın Amerikasının digər ölkələri və ABŞ-da da yayımlanmaqla yanaşı, “Youtube” və sosial şəbəkə platformalarında milyonlarla izləyiciyə xitab edir (//www.youtube.com/watch?v=pLKI0QqYNFo).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO