“Rosselxoznadzor”un məhv etdiyi Azərbaycan məhsulları – Pomidor və almadan başqa nələr var?

“Rosselxoznadzor”un məhv etdiyi Azərbaycan məhsulları – Pomidor və almadan başqa nələr var?

Hazırda oxunan: “Rosselxoznadzor”un məhv etdiyi Azərbaycan məhsulları – Pomidor və almadan başqa nələr var?

41135

Bu il ərzində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) məhv etdiyi Azərbaycan məhsullarının siyahısı təkcə pomidor, alma və gavalı ilə yekunlaşmır. 

Bizim.Media xəbər verir ki, Xidmətin bu gün açıqladığı məlumata görə, qurumun Saratov və Samara Bölgələri üzrə Administrasiyası 2021-ci ilin əvvəlindən etibarən dövlət sərhədindəki nəzarət-buraxılış məntəqəsindəki karantin fitosanitar tədbirlərini pozaraq Samara Bölgəsinə idxal edilən 4293 tənzimlənmiş məhsul partiyasını təsbit edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan daha bir bankda kapitalını artırır – RƏSMİ


İl ərzində Azərbaycan, Özbəkistan və Tacikistandan bu ölkəyə ixrac olunmuş 8,8 ton məhsul karantin tələblərinə uyğun olaraq məhv edilib. 

Həmin məhsulların arasında gilas, ərik, limon, fıstıq, badam, kişmiş, qoz ləpəsi olub. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO