Makronun açıqlamaları Fransa biznesinə zərbə vurdu

Makronun açıqlamaları Fransa biznesinə zərbə vurdu

Hazırda oxunan: Makronun açıqlamaları Fransa biznesinə zərbə vurdu

0:00
0:00
41132

Fransa Prezidenti Emmanuel Makronun təxribatçı bəyanatları fonunda Əlcəzairin özəl sektor nümayəndələri 500 Fransa şirkəti ilə ticarət əlaqələrini kəsmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Anadolu" agentliyi yayıb.

Mənbə yazır ki, Əlcəzair Podratçılar Birliyi ölkənin tarixinə və imicinə xələl gətirən hər hansı bir hərəkətin əleyhinə olduqlarını deyib və ölkə rəhbərliyini Fransa ilə bütün iqtisadi əlaqələrə yenidən baxmağa çağırıb.

Tikinti, suvarma və ticarətlə məşğul olan 2000-ə yaxın şirkətin daxil olduğu Əlcəzair Podratçıları Birliyi hazırda milli QHT yaratmağa çalışır. 

Təşkilatın funksiyasına əsasən "Əlcəzairə hörmət etməyən" dövlətlərlə iqtisadi əlaqələrin kəsilməsi ilə məşğul olmaq daxil edilib.

Xatırladaq ki, Fransa prezidenti sentyabrın 30-da Yelisey sarayında Əlcəzair müharibəsi veteranlarının qohumları ilə görüşündə Əlcəzairin dövlətçiliyini şübhə altına alıb və keçmiş koloniya hakimiyyətini tarixi yenidən yazmaqda günahlandırıb. Nəticədə Afrika Respublikası səfirini Parisdən geri çağırıb və Fransa təyyarələrinin öz hava məkanında uçmasını qadağan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO