Şəhid Ürfan Orucovun 25 yaşı qeyd olundu - FOTO 

Şəhid Ürfan Orucovun 25 yaşı qeyd olundu - FOTO 

Hazırda oxunan: Şəhid Ürfan Orucovun 25 yaşı qeyd olundu - FOTO 

41128

Bu gün Vətən Müharibəsi şəhidi Ürfan Orucovun şəhadətə qovuşduğu gündür. 

Bizim.Media-nın məlumatına görə, iki gün əvvəl doğmaları, ailə üzvləri, döyüşçü yoldaşları Ürfanın  25 yaşını qeyd edib. 

Məzarı ziyarət edildikdən sonra Şabran şəhərində yaşadığı evin qarşısında və küçənin girişində xatirə lövhəsi qoyulub.  

Ürfan Firdovsi oğlu Orucov Vətən Müharibəsindən əvvəl İdman Akademiyasını bitirib və hərbi xidmət keçib. Vətənin dar günündə könüllü olaraq cəbhəyə gedən Ürfan Orucov Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 11-də Xocavənd döyüşlərinin birində şəhid olub. 

Ölümündən sonra  25 yaşlı Ürfan Orucov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO