“Laçin bizim açılmaz bir düyünümüz idi və biz o düyünü kökündən çözdük”.
Bu sözləri, Bizim.Media-ya açıqlamasında, Laçının qocaman müəllimlərindən olan şair Aydın Abbasov bildirib.
Ziyalı Laçının azad olunmasını möcüzə adlandıraraq, bu xəbəri çox kövrək qarşıladığını deyib:
“Tələbələrim hər zaman məndən Qarabağın taleyinin necə olacağı barədə soruşanda, onlara bunun yalnız möcüzə vasitəsilə baş verəcəyini deyirdim. Bu gün, qürur hissi ilə deyə bilərəm ki, biz o möcüzəni yaşadıq. Hazırda mən çox kövrək və sevincliyəm”.
Şair bu qələbəni Azərbaycan xalqına yaşatdığı üçün Ali Baş Komandan İlham Əliyevə və Müzəffər Ordumuza təşəkkürünü də çatdırıb:
“Bilirsiz, dahi hər adama deyilmir. Tarixən çox nadir hallarda dahi insanlar olub. Mən Cənab Prezident İlham Əliyevə dahi deyərdim. Onun əzəməti, onun qüruru, təmkinliyi və iradəsi hər şeyə qalib gəldi. Çox şükür Allahın qüdrətinə ki, bu gün Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi”.
Bu Vətən müharibəsi ilə Azərbaycan bir tarix yazdı. Ali Baş Komandan, şanlı ordumuz və Xalqın birliyi bizi qalib etdi, deyən qocaman şair bir arzusunu da dilə gətirdi:
“Doxsanı haxlamışam, qızım. 30 ilə yaxındı içimdə yurd həsrəti vardı. Laçınımı bir dəfə də olsa görmək və torpağımı doyunca öpmək istərdim, tay ondan sonra dərdim qalmazdı”.
Ayfər Nizaməddin qızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:06 / 02.12.2020
“Laçının qayıtması möcüzədir...” – Qocaman şairin arzusu
Hazırda oxunan: “Laçının qayıtması möcüzədir...” – Qocaman şairin arzusu
Hazırda oxunan: “Laçının qayıtması möcüzədir...” – Qocaman şairin arzusu
4112
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.