“Şuşaya getməkdən imtina etməkdənsə, xaricdə əlaqədə olduqları partiyalara söz keçirsinlər. Nədənsə Azərbaycanda bəzi partiyalar və xaricdə oturan qüvvələrlə əlbir olub erməni lobbisinə təsir etmək istəmirlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev Milli Məclisdə siyasi partiyaların Şuşa səfərindən danışarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Əli Əliyevi Şuşaya niyə aparmırlar? – ÖZƏL
O, bildirib ki, Şuşaya səfər etməkdən imtina edənlər müxalifət deyil, onlar qarayaxma, təhqirlə məşğul olanlardır.
“Bizdə müxalifətik, siyasi kursumuz var. Bu qüvvələr isə dövlətçiliyə qarşı vuruşurlar, ermənilərə qarşı deyillər. Dövlətə qarşı qarayaxmalarla məşğuldular”.
Qeyd edək ki, siyasi partiyaların bəziləri Şuşa səfərindən imtina ediblər.
Vüsalə Balayeva, Bizim.Media