İlham Əliyevin Tuğ kəndindən İSMARICI: “Torpaq sahibinin əlində olanda cənnətə dönür” - FOTO

İlham Əliyevin Tuğ kəndindən İSMARICI: “Torpaq sahibinin əlində olanda cənnətə dönür” - FOTO

Hazırda oxunan: İlham Əliyevin Tuğ kəndindən İSMARICI: “Torpaq sahibinin əlində olanda cənnətə dönür” - FOTO

40997

“Burada turizm yerləri, sanatoriyalar yaradılacaq. Cənnət kimi bir yer olacaq. Görəcəklər ki, torpaq sahibinin əlində olanda cənnətə dönür”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Hadrut əməliyyatının detallarını AÇIQLADI - VİDEO


“Ümumiyyətlə, bu bölgənin xüsusi təbii gözəlliyi və saflığı var. Məsələn, yəqin ki, görmüsünüz, Kəlbəcərdə mənə iki pətək bal bağışladılar. Təbii çiçək qoxusu verir. Necə deyərlər, nadir təbii bərəkət var. Sudur, havadır”, deyə Azərbaycan lideri qeyd edib.

İlham Əliyev sakinlərlə söhbətinin sonunda “Tez-tez görüşəcəyik burada. Tədbirlər çox olacaq, açılışlar çox olacaq, görüşəcəyik sizinlə” deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO