“Ermənilərin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu Sizin əmrinizlə əks-hücum əməliyyatına başladı. Sentyabrın 27-də qalibiyyət yürüşü başlandı. Sizin rəhbərliyinizlə, Sizin sərkərdəliyinizlə biz qalib gəldik”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“Adam bilmir ermənilərin saxtalığına gülsün, yoxsa neynəsin” – PREZİDENT
“Siz həmişə qeyd edirsiniz ki, ən müasir silaha malik olsaq da son sözü, həlledici sözü Azərbaycan əsgəri deyir. Ancaq bir şeyi qeyd etmək istəyirəm, əsgərə cəsarətli, qətiyyətli, inamlı, müdrik sərkərdə lazımdır.
O sərkərdəliyi Siz etdiniz. Sizin rəhbərliyinizlə Azərbaycan əsgəri qalib oldu, torpaqlarımız işğaldan azad olundu.
Biz, Azərbaycan xalqı 30 ilə yaxın bir vaxtda bu qələbəni gözləyirdik. Sizin rəhbərliyinizlə xalqımız, millətimiz, dövlətimiz bu qələbəyə nail oldu. Qələbəmiz, suverenliyimiz, ərazi bütövlüyümüz Sizin rəhbərliyinizlə əbədi olacaqdır”, deyə o, qeyd edib.
Bizim.Media