Ermənistanda acınacaqlı durum – Çay içməyə şəkər YOXDUR!

Ermənistanda acınacaqlı durum – Çay içməyə şəkər YOXDUR!

Hazırda oxunan: Ermənistanda acınacaqlı durum – Çay içməyə şəkər YOXDUR!

0:00
0:00
40908

Ermənistan iqtisadiyyatı müharibədən sonra daha da böhranlı durumla üzləşib. Ölkədə bir sıra gündəlik tələbat malları və ərzaq məhsulları kəskin bahalaşıb.

Bizim.Media xəbər verir ki, bahalaşan ərzaq məhsulları sırasında şəkər xüsusi yer tutur.

Belə ki, 2020-2021-ci illərdə yerli şəkər istehsalı kəskin azalıb. Nəticədə idxal 36%-dən çox artıb. 

Qeyd edək ki, Ermənistanda istehlak olunan şəkər ya idxal olunur, ya da idxal xammalı ilə istehsal olunur. Həm idxal, həm də istehsal eyni şirkət tərəfindən həyata keçirilir. 2020-ci ildə Ermənistana 27,6 milyon dollar və ya 73,9 min ton şəkər idxal edilib.

Bu, əvvəlki ilə nisbətən 36,6% (2019-cu ildə 20,2 milyon dollar və ya 55,8 min ton) çoxdur. 

Ötən il şəkərin 97,4%-i Rusiyadan, 2,1%-i Ukraynadan, həmçinin az miqdarda Belarus və İtaliyadan idxal edilib.

Oral Mədənçi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO