Azərbaycan Türkiyə və Gürcüstanla birgə “Gömrük Komitəsi” yaradır - FOTO

Azərbaycan Türkiyə və Gürcüstanla birgə “Gömrük Komitəsi” yaradır - FOTO

Hazırda oxunan: Azərbaycan Türkiyə və Gürcüstanla birgə “Gömrük Komitəsi” yaradır - FOTO

40846

Azərbaycan, Türkiyə və Gürcüstan arasında gömrük məsələləri üzrə üçtərəfli komitə yaradılır. Bununla bağlı üç ölkə arasında protokol imzalanıb.

Bizim.Media xəbər verir ki, dünən İzmir şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında gömrük məsələləri üzrə üçtərəfli görüş keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan daha bir bankda kapitalını artırır – RƏSMİ


Görüşdə Türkiyə Respublikası Ticarət nazirinin müavini, Gömrük Administrasiyasının rəhbəri Rıza Tuna, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin Baş direktoru Levan Kakava iştirak edib. 

Görüşdə gömrük əməkdaşlığına dair bir sıra məsələlər, o cümlədən gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti sahəsində və sərhəd-keçid məntəqələrində əməkdaşlığın gücləndirilməsi, BYD prosedurlarının rəqəmsallaşdırılması, Türkiyə-Naxçıvan-Azərbaycan-Gürcüstan dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu barədə müzakirələr aparılıb.

Tərəflər qaçaqmalçılıq və digər hüquqpozmalara qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildiriblər. 

Görüş iştirakçıları Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair sazişin imzalanmasına hazır olduqlarını da bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO