Sosial şəbəkə qalmaqallarını hüquqi müstəviyə çəksək nə baş verəcək? - VƏKİL AÇIQLADI

Sosial şəbəkə qalmaqallarını hüquqi müstəviyə çəksək nə baş verəcək? - VƏKİL AÇIQLADI

Hazırda oxunan: Sosial şəbəkə qalmaqallarını hüquqi müstəviyə çəksək nə baş verəcək? - VƏKİL AÇIQLADI

40835

Sosial şəbəkələrdə və ya KİV-də bir fərd barəsində yazılan hər hansı bir əsassız fikir həmin şəxsi cinayət məsuliyyətinə cəlb edə bilər. Çünki heç bir sübutu olmayan yazılar böhtan xarakterli məlumatlar sayılır. Hüquqi baxımdan sosial şəbəkələr də kütləvi informasiya vasitəsi sayılır.

Elektron medianın və sosial şəbəkələrin inkişaf etdiyi bir zamanda bu cür xoşagəlməz hallarla tez-tez rastlaşmaq olur.
 

MÖVZU İLƏ BAĞLI:

Sosial şəbəkədə ANONİM böhtançılar yaxalanacaq - CİNAYƏT İŞİ açıla bilər 


Bəs, bu zaman iftiraya düşən biri hüquqlarını necə qoruya bilər?

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında bildirib ki, əgər kimsə barəsində yayılan məlumatlardan özünü “qurban” hesab edirsə, yəni onun haqqında yazılan məlumatların iftira xarakterli olduğunu düşünürsə o, xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilər.
 

“Məhkəmə araşdırması zamanı məlum olsa ki, həqiqətən də yazılanlar şəxsin barəsində əsassız məlumatdırsa, onu yayan insan cinayət məcəlləsinin 147 və ya 148-ci maddəsinə (böhtan və ya təhqir) görə ittiham olunur.


Məsələn bir istifadəçi və ya jurnalist hansısa məmur və ya başqa biri haqqında sübutsuz olaraq sosial şəbəkələr və yazılı mediada onun rüşvətxor və.s olması haqqında yazsa bu artıq cinayət xarakterli bir məlumat olur. Bu prosedur həm də mülki qaydada həyata keçirilə bilər. Şikayətçinin ittihamları məhkəmədə sübut olunarsa, o, qarşı tərəfdən dəymiş mənəvi ziyana görə təzminat tələb edə bilər. Qanunvericilikdə bu qaydalar hamısı əks olunub”. 

Vəkil həmçinin qeyd edib ki, yayılan məlumatlar böhtan xarakterli deyilsə, sadəcə kiminsə şərəf və ləyaqətinə, ailəsinə və ya işgüzar nüfuzuna toxunan bir məsələdirsə, yenə o, mülki qaydada məhkəməyə müraciət edib, onu təhqir edən fərddən əməllərinə cavabdeh olmasını istəyə bilər. 
 

“Bu zaman o, həmin insandan təzminat, xəbəri təkzib edən yazı və ictimaiyyət qarşısında ondan üzr istəməyi tələb edə bilər.


Məhkəmə zərər çəkənin bu iddialarını təmin etdiyi halda, təhqir edən şəxs mütləq şəkildə qanunverici orqanın tələblərini icra etməlidir. Əgər təhqir edən şəxs məhkəmə qərarını icra etməkdən boyun qaçırsa, o, dərhal cinayət məsulliyyətinə cəlb olunur. Bu prosedurlar  istər sıravi vətəndaş, istərsə də jurnalist olsun eyni qaydada icra olunur, çünki qanun qarşısında hamı eynidir”.

Ə. Mustafayevin sözlərinə  görə, burada da məsələyə doğru qiymət verilməlidir. Çünki bəzən bir insanın fikir azadlığı böhtan, yalan xarakterli məlumatlarla səhv salına bilər. 

“Nəzərinizə çatdırım ki, fikrin iki aspekti var. Biri fikri təsdiq etmək, digəri isə onu yürütmək, mülahizə etməkdir. Məsələyə baxıldığı zaman jurnalistin fikir azadlığı nəzərə alınmalıdır. Məhkəmə obyektiv olaraq, yazılan məqalədə fikir azadlığının olub - olmamasını mütləq qaydada araşdırmalıdır. Azad fikir yürütmək isə bir insan üçün heç bir halda məsuliyyətə səbəb olmur”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO