Oğurluq edən şəxsdə narkotik TAPILDI - FOTO

Oğurluq edən şəxsdə narkotik TAPILDI - FOTO

Hazırda oxunan: Oğurluq edən şəxsdə narkotik TAPILDI - FOTO

40781

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa görə saxlanılan şəxsdən müxtəlif növ narkotik vasitələr də aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Keçirilən əməliyyat zamanı rayonun Təklə Mirzəbaba kəndindən yerləşən evlərin birindən müxtəlif məişət əşyaları və ov tüfəngi oğurlayan Qahir Şərfalıyev tutularaq istintaqa təqdim olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda 8 min manatlıq dərman OĞURLANDI 


Q.Şərfalıyevin sərnişin qismində əyləşdiyi avtomobildə olan ona məxsus çantadan ov tüfəngi, patronlar və 100 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Polis Şöbəsində həmin şəxsin üzərinə keçirilən baxış zamanı isə narkotik vasitə olan heroin və şprislər aşkarlanıb.

Araşdırma zamanı Q.Şərfalıyevin oğurladığı əşyaları dəyərindən ucuz qiymətə Bakı şəhərində satdığı məlum olub.

Faktla bağlı Qobustan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO