Oktyabrın 7-də İzmir şəhərində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev və Türkiyə ticarət nazirinin müavini, Gömrük Administrasiyasının rəhbəri Rıza Tuna Turaqay arasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, görüş Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Türkiyəyə işğüzar səfəri çərçivəsində baş tutub.
Rıza Tuna Turaqay Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirib, bu əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu bildirib.
Səfər Mehdiyev Türkiyə ilə Azərbaycan arasında tarixi ənənələrə söykənən strateji tərəfdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib, iki ölkənin dövlət başçılarının apardığı məqsədyönlü siyasətin bütün sahələrdə əlaqələrin güclənməsində mühüm rol oynadığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Bizim.Media