Əməkdar rəssam Namiq Dadaşov vəfat etdi - FOTO

Əməkdar rəssam Namiq Dadaşov vəfat etdi - FOTO

Hazırda oxunan: Əməkdar rəssam Namiq Dadaşov vəfat etdi - FOTO

40630

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Respublikanın Əməkdar rəssamı, heykəltəraş Namiq Dadaşov vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rəssamlar İttifaqından məlumat verilib. Bildirilib ki, 76 yaşlı rəssam bu gün vəfat edib.

Qeyd edək ki, Namiq Dadaşov 1945-ci ildə anadan olub. Mədəniyyət Nazirliyi tərəfindən sifariş olunan 15 ədəddən artıq xatirə medallarının müəllifidir.

Namiq Dadaşov bir çox Beynəlxalq sərgilərin, həmçinin, fərdi və qrup sərgilərinin iştirakçısı olub. Əsərləri Gürcüstan, Hollandiya, İtaliya, İngiltərə, Türkiyə, Fransa və digər ölkələrdə sərgilənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO